Son yenilənmə tarixi: 24 İyul 2026
1. Giriş
Menyuu.az olaraq biz istifadəçilərimizin və sayt ziyaretçilərimizin məxfilik hüquqlarına böyük hörmətlə yanaşırıq. Bu Məxfilik Siyasəti şəxsi məlumatlarınızın necə toplanması, istifadə olunması və qorunması haqqında ətraflı məlumat verir.
2. Toplanan Məlumatlar
Biz xidmətlərimizdən istifadə edərkən aşağıdakı məlumatları toplaya bilərik:
- Şəxsi məlumatlar: Qeydiyyat zamanı daxil etdiyiniz Ad, Soyad, E-poçt ünvanı, Telefon nömrəsi və Restoran adı;
- Tranzaksiya və Abunəlik məlumatları: Seçilmiş plan, ödəniş tarihi və statusu. Qeyd: Bank kartı məlumatlarınız Menyuu.az serverlərində saxlanılmır, birbaşa PCI-DSS sertifikatlı ödəniş tərəfdaşımız Paddle.com tərəfindən emal olunur.
- Texniki məlumatlar: IP ünvanı, brauzer növü, əməliyyat sistemi, ziyarət edilən səhifələr və çərəzlər (cookies).
3. Məlumatların İstifadə Məqsədləri
Toplanan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə olunur:
- Xidmətlərin göstərilməsi, QR menyunun aktivləşdirilməsi və idarə olunması;
- Abunəlik, ödəniş və hesab bildirişlərinin göndərilməsi;
- Müştəri dəstəyi xidmətinin təmin edilməsi;
- Platformanın təhlükəsizliyinin təmin olunması və texniki təkmilləşdirmələr.
4. Məlumatların Qorunması və Təhlükəsizlik
Şəxsi məlumatlarınızın təhlükəsizliyini təmin etmək üçün müasir 256-bit SSL (TLS) şifrələmə texnologiyalarından və təhlükəsiz server infrastrukturlarından istifadə edirik. Məlumatlarınıza icazəsiz girişin qarşısını almaq üçün lazımi təşkilati və texniki tədbirlər görülür.
5. Məlumatların Üçüncü Tərəflərlə Paylaşılması
Menyuu.az şəxsi məlumatlarınızı üçüncü tərəflərə satmır və ya icarəyə vermir. Məlumatlar yalnız aşağıdakı zəruri hallarda paylaşılır:
- Rəsmi Ödəniş Partnyorları: Ödənişlərin təhlükəsiz emalı üçün Paddle.com (Paddle Payments Limited) ilə;
- Qanuni tələblər: Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq səlahiyyətli dövlət orqanlarının rəsmi sorğusu əsasında.
6. Çərəzlər (Cookies)
Saytımız istifadəçi təcrübəsini yaxşılaşdırmaq və sessiya məlumatlarını yadda saxlamaq üçün çərəzlərdən (cookies) istifadə edir. Brauzer parametrlərinizdən çərəzləri istənilən vaxt söndürə bilərsiniz.
7. İstifadəçi Hüquqları
İstifadəçilər öz şəxsi məlumatlarına baxmaq, onları yeniləmək, düzəliş etmək və ya sistemdən silinməsini (hesabın bağlanmasını) tələb etmək hüququna malikdirlər. Bunun üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
8. Əlaqə
Məxfilik siyasəti ilə bağlı hər hansı sualınız olduqda bizimlə əlaqə saxlayın:
- E-poçt: [email protected] / [email protected]
- Telefon / WhatsApp: +994 55 600 06 40